Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Hər hektarından 40 tonadək məhsul götürürlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər hektarından 40 tonadək məhsul götürürlər

Ağstafa rayonunda fermerlər digər təsərrüfat sahələri kimi bostançılıqda da məşğul olurlar. Hazırda rayonda qarpız və yemiş əkilən sahələrdə yığım gedir.

 

Reklam_3_11

Fermer Musa Musayev deyib: “Dörd hektar sahədə qarpız əkmişəm. Məhsul yığımına başlamışıq. Bir hektardan təqribən 40 ton məhsul götürürük. Aqrotexniki qaydalara riayət etmişik. Məhsul da göz qabağındadır. Gələcəkdə əkin sahələrini 10 hektara qədər genişləndirəcəyəm. Məhsulun satışında da heç bir problem yaşanmır. Elə sahədəcə satırıq”.

 

Əvvəllər qərb bölgəsinin bazarlarına respublikanın aran hissəsindən qarpız gətirilirdisə, indi bölgənin fermerləri bu məhsulla yerli bazarları təmin edirlər.

 

Aqronom Adıgözəl Heydanov bildirib ki, aqrotexniki qaydada qulluq apardıqları üçün bol məhsul yetişdiriblər.

 

Qarpız qərb bölgəsində mayın əvvəllərində əkilir və avqustun ortalarından toplanır. Havaların əlverişli keçməsi sahibkarların bol məhsul əldə edəcəklərindən xəbər verir. Torpaq mülkiyyətçiləri cari ildə rayonda 112 hektar bostan bitkisi əkiblər. Bir hektardan orta məhsuldarlıq isə 30-35 tondur. Qiymətlər də fermerləri qane edir. Hazırda yerli bazarlarda qarpızın bir kiloqramı 20 qəpikdən alıcılara təklif olunur.

 

© Qarpiz

14.08.2017 12:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ