Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda yeni heyvandarlıq kompleksi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda yeni heyvandarlıq kompleksi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İmişlinin Əliqulular kəndindəki heyvandarlıq kompleksində gələcəkdə ət və süd məhsulları da istehsal olunacaq.

 

Fermaya ilkin olaraq Avstriyadan ət və südlük istiqamətlik 120 baş cins düyə gətirilib. Kompleksdə heyvanların baş sayının gələcəkdə 1000 başa çatdırılması nəzərdə tutulub.

 

Ən müasir tələblərə cavab verən kompleks metal konstruksiyalardan hazırlanıb. Burada işlərin hamısı demək olar ki, avtomatlaşdırılıb. Heyvanların yemlənməsi və sulanması, peyinin daşınması, sağım prosesi, yemin hazırlanıb paylanması mexanizmlərin köməyi ilə həyata keçirilir. Quraşdırılmış yem sexi vasitəsilə istənilən növdə yem hazırlamaq mümkündür. Hazırlanan yem isə transpartiyorlar vasitəsilə heyvanlara bərabər şəkildə paylanılır. Fermada havalandırma sistemi də quraşdırılıb ki, bu sistem vasitəsilə ilin bütün fəsillərində burada normal temperatur saxlanılır.

 

Kompleksin baytar həkimi Zəfər Məhərrəmov  bildirib ki, kompleks 3-4 aydır fəaliyyətə başlayıb. Buradakı heyvanlar qırmızı semental cinslidir. Çox məhsuldar heyvanlardır. Qısa vaxt ərzində yerli şəraitə uyğunlaşır. İlk doğuşda 18-20 litr, sonrakı doğuşlarda isə 30-35 litr süd verir.

 

Z.Məhərrəmovun sözlərinə görə, gələcəkdə kompleksdə ət və süd məhsulları da istehsal etmək planlaşdırılıb. Bunun üçün yeni emal sexləri inşa edilir. Artıq binalarda tikinti işləri başa çatmaq üzrədir. Burada yağ, pendir və digər süd və ət məhsulları istehsal etmək üçün ən müasir avadanlıqlar quraşdırılacaq.

 

Hazırda kompleksdə mal-qara üçün möhkəm yem bazası yaratmaq imkanları araşdırılır, torpaq sahələri müəyyənləşdirilir. Bu işlər qaydaya salındıqdan sonra fermada heyvanların sayı 1000 başa çatdırılacaq.

 

© Azərtac

15.08.2017 11:03

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ