Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın kapital bazarında rekord qeydə alındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın kapital bazarında rekord qeydə alındı

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının ümumi həcmi  200 milyon manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Reklam_3_11

Bakı Fond Birjasının (BFB) məlumatına görə, hərrac zamanı 15 investor tərəfindən 21 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 541 milyon 682 min manat təşkil etmişdir.

 

“Marja” xəbər verir ki, 16 avqust 2017-ci il tarixində BFB-də Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac zamanı toplanmış sifarişlərin ümumi məbləği (541,7 milyon manat) bütün qiymətli kağızlar üzrə bu günədək müşahidə olunmuş ən yüksək həddir (rekord).

 

Sifarişlərin böyük həcmdə olması banklarda likvidliyin yüksək olduğuna işarədir. Kreditlərə tələb azaldığından və vəsaitlərin yerləşdirilməsi üçün alternativ alətlər az olduğundan depozit və notların yerləşdirilməsi hərraclarında sifarişlər yüksək olur.

 

Mərkəzi Bank tərəfindən depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası məqsədilə aparılır. Sterilizasiya əməliyyatı - artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır. İqtisadiyyata pul buraxılması iqtisadi artıma səbəb olsa da, bu müəyyən həddi keçdikdən sonra inflyasiya yaranır. Məhz inflyasiya yaradan bu kütlənin bazardan təmizləməsinə sterilizasiya prosesi deyilir. Açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 10%- 15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. 2017-ci ilin 1-ci yarısında depozit əməliyyatları ilə vəsaitlər 10%- 14.8%-lə cəlb edilmiş, notlar isə 12.01%-14.99%-lə yerləşdirilmişdir.

 

Mərkəzi Bankın notunun nominal dəyəri 100 manat, müddəti 28 gün təşkil edir. 

16.08.2017 15:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ