Avro, Dollar qarşısında ucuzlaşmağa başlayıb
Avro, Avropa Mərkəzi Bankının (ECB) sədri Mario Draghinin gələn həftə Jackson Hole-da keçiriləcək konfransda yeni bir pul siyasəti mesajı verməyəcəyi barədə xəbərin ardından ucuzlaşıb.
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 17:50-yə olan məlumata görə, Avro, Dollar qarşısında 0.3% dəyər itirərək 1.1695 dollara düşüb. Bu, üç həftənin ən aşağı səviyyəsidir.
Mövzuya yaxın mənbələr, investorların Draghi-nin Jackson Hole-da böyük bir pul siyasəti çıxışı edəcəyini gözləmələrinin səhv olduğunu bildiriblər. ECB sözçüsü də Draghi-nin konfransda qlobal iqtisadiyyatın dəstəklənməsi mövzusuna fokuslanacağını vurğulayıb.
Mənbələr, Draghi-nin, ECB-nin pul siyasətinə dair müzakirələrdən payıza qədər uzaq durmaq istədiyini qeyd ediblər.
İnvestorlar, ECB-nin yaxın zamanda pul siyasətini sərtləşdirəcəyini, o cümlədən təşviqləri dayandıracağını və faizləri mərhələ-mərhələ qaldırmağa başlayacağını gözləyirlər. Əgər ECB belə bir addım atarsa Avro bahalaşa bilər.
ABŞ Mərkəzi Bankının (FED) 1978-ci ildən bəri avqust ayında Jackson qəsəbəsində illik simpoziumu keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 34 d. əvvəl
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl