Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Əsas alıcılardan biri Azərbaycandır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əsas alıcılardan biri Azərbaycandır

Rusiya 2016-cı ildə xarici ölkələrə 230 min ton həcmində kartof satıb. Rusiya kartofunun əsas alıcıları Azərbaycan və Ukraynanın şərq regionları olub.

 

Reklam_3_11

"İnterfax"ın verdiyi xəbərə görə, ötən kənd təsərrüfatı ilində (2015-ci il iyul-2016-cı il iyun) Rusiyanın kartof bazarı yüksək məhsuldarlıq dövrünü yaşayıb. 2015-ci ildə rəsmi statistikaya görə, 33,6 mln. ton kartof istehsal olunub. Bu, son beş ilin orta göstəricisindən 16% yüksəkdir.

 

Rusiya Statistika Komitəsinin məlumatına görə, əmtəəlik sektorun istehsal etdiyi məhsulun həcmi 7,5 mln. ton təşkil edib. Qalan məhsul isə özəl yardımçı təsərrüfatlar tərəfindən təmin edilib.

 

Məhsulun çoxluğu Rusiya bazarında 2016-cı ilin birinci yarısında qiymətlərin xeyli ucuzlaşmasına gətirib çıxarıb. İlin sonunu əksər təsərrüfatçılar hətta zərərlə başa vurub. Belə olan halda, əkin sahələrinin azaldılması barədə qərar verilib. Nəticədə, kənd təsərrüfatı sahələri 5% azaldılaraq, 193 min hektaradək, kəndli-fermer təsərrüfatları üzrə isə 4%, yəni 145 min hektara kimi azaldılıb. Ekspertlər cari, 2016-2017-ci kənd təsərrüfatı ilinin yekunlarının birmənalı olmayacağını proqnozlaşdırırlar.

© Report

05.01.2017 10:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ