Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Yeni yol tapılıb -sığorta haqqları daha tez ödəniləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni yol tapılıb -sığorta haqqları daha tez ödəniləcək

2016-cı ildə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Sığorta Haqqlarının Nağdsız Ödənilməsi Barədə Qərar qəbul edilmişdir. 

 

Reklam_3_11

Nağdsız hesablaşmaların stimullaşdırılması istiqamətində səhmdarları tanınmış beynəlxalq maliyyə institutları olan AXA MBASK Sığorta Şirkəti və  “Ziraat Bank Azərbaycan” ASC proseslərin avtomatlaşdırılması sahəsində əməkdaşlıq etməyə başlamışlar. Bu barədə "Marja"ya AXA MBASK Sığorta Şirkətindən bildirilib.


Belə ki, sığorta ödənişlərinin AXA MBASK tərəfindən toplu halda ödənilə bilməsi üçün “Ziraat Bank Azərbaycan” tərəfindən yeni həll yolu hazırlanmışdır. Yeniliyin tətbiqi üçün şirkətlərin sistemləri inteqrasiya edilmişdir. Ödənişlər elektron imzayla imzalanaraq bankın sisteminə toplu halda ötürülür və AXA MBASK şirkətindən daxil olan “Toplu Ödəniş” təlimatı ilə təqdim olunmuş ödəniş  onlayn rejimdə “Ziraat Bank Azərbaycan” tərəfindən icra olunur. Təqdim olunmuş rekvizitlər üzrə sığorta ödənişləri müştəri sayından asılı olmayaraq toplu şəkildə həyata keçirilir.

 

“Toplu Ödəniş”-lərin həyata keçirilməsi sayəsində hər iki şirkət vaxt qənaəti qazanaraq müştərilərin sığorta haqqlarının daha tez ödənilməsi ilə müştəri məmnuniyyətini artıracaq,- Şirkətin məlumatında deyilir.

 

Qeyd etmək lazımdır ki, dünyada ən iri sığorta şirkətlərindən biri olan AXA Group 1992-ci ildən öz fəaliyyətini həyata keçirən və müstəqil Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biri olan MBASK Sığorta Şirkətinin səhmlərinin əhəmiyyətli qismini 2010-cu ildə əldə edərək AXA MBASK olaraq ölkəmizdə fəaliyyətə başlamışdır. Best Global Brands 2016 reytinqinin nəticələrinə görə AXA brendi ardıcıl olaraq 8-ci il dünyada bir nömrəli sığorta brendi seçilib. AXA 64 ölkədə fəaliyyət göstərir. Qrupun 166 000-dən artıq əməkdaşı və dünya üzrə 103 000 000 müştərisi var.

 

“Ziraat Bank Azərbaycan” Türkiyənin 153 illik tarixə malik ən dayanıqlı dövlət bankı olan “T.C. Ziraat Bankası” A.Ş.-nin 100%-lik səhmdarlığı ilə 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən  verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.

 

Dünyanın 17  ölkəsində, 97 nöqtəsində fəaliyyət göstərən bank Azərbaycandakı fəaliyyətinin ilk dövründən korporativ yönlü fəaliyyətə başlayaraq Azərbaycanla  Türkiyə və digər ölkələr arasında xarici ticarətin maliyyələşdirilməsi istiqamətində ciddi addımlar atmışdır.

17.08.2017 07:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ