Ən iri dəmir yolu körpüsü istismara hazır olacaq
Yanvarın 19-da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tikilən İranın ən iri dəmir yolu körpüsü istismara hazır olacaq.
“Financial Tribune” saytı xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma nazirinin müavini Xeyirullah Xadəmi deyib.
Onun sözlərinə görə, körpünün tikintisi iki həftəyə yekunlaşacaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində İran istiqamətində Astara (Azərbaycan)-Astara (İran)- Rəşt-Qəzvin dəmir yolu xəttinin bir hissəsi olan bu körpü yanvarın 19-da istismara hazır olacaq.
Yerli mütəxəssislər tərəfindən icra edilən layihə barədə məlumat verən X.Xadəmi söyləyib ki, 1,43 kilometr uzunluğunda olan körpü İranın Gilan vilayətində yerləşən Məncil şəhərində Səfidrud çayının sahillərini birləşdirəcək. Bu körpü son inşaat mərhələsində olan Qəzvin-Rəşt dəmir yolunun da bir hissəsidir.
Hesablamalara görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istismara veriləndən sonra Azərbaycan ilə İran arasında mövcud 600 min ton ticarət dövriyyəsi ildə 5 milyon tona (ildə 500 milyon dollar) yüksələcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl