Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu meyvə ilə avtobusa minmək və otellərə girmək qadağandır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu meyvə ilə avtobusa minmək və otellərə girmək qadağandır

Durian Malayziya, Tayland və Vyetnamda hündürlüyü 40 metrdən çox olan ağaclarda yetişən meyvə növüdür.

 

Reklam_3_11

Həmin meyvəyə “Cənnət - Cəhənnəm” də deyilir. “Cəhənnəm” deyilməsinin səbəbi qabığının həddindən artıq pis qoxu verməsidir. Buna görə də İndoneziyada durian ilə otellərə daxil olmaq qadağandır. Sinqapurda əlinizdə və ya torbanızda həmin bitkidən olarsa, metroya, taksiyə və yaxud avtobusa minə bilməzsiniz. Hətta həmin meyvənin ölkə xaricinə çıxarılması da qadağandır.

 

“Cənnət” deyilməsinin səbəbi isə meyvəsinin çox ləzzətli olmasıdır. Durian Şimali Sumatra, İndoneziyada kimi bəzi ölkələrdə plov ilə birlikdə yeyilir. Ondan dondurma, hətta şəkər də hazırlanır. Buna görə də durianı bəzən “meyvələrin kralı” adlandırırlar.

 

Qalın qabığına baxmayaraq, durian yaydığı pis qoxu səbəbindən ictimai nəqliyyat vasitələrində qadağan edilən, amma insanların yeməkdən imtina edə bilmədiyi meyvədir.

 

Bu meyvə xalq arasında “təbiətin yuxu həbi” kimi də tanınır. Səbəbi isə yedikdən sonra insan bədənində serotoninin və melatoninin, yəni, “xoşbəxtlik” və “yuxu” hormonlarının ifraz olunmasıdır.

 

Əllə tutmaq çətin olsa da, bıçaqla çox asan soyula bilir və içi bir çox meyvədən daha yumşaqdır.

 

Otuz ayrı növə sahib durianın yalnız 9 növü yeməlidir.

 

Ət və xəmir yeməklərində ən çox istifadə edilən meyvələrdən biridir.

 

Durianı “meyvələrin kralı” edən xüsusiyyətlər aşağıdakılardır:

 

Tərkibində qan hüceyrələrinin istehsalı üçün orqanizmdə tələb olunan mis kifayət qədərdir.

 

Tərkibi kalium, yüksək miqdarda antioksidant və C vitamini, B vitamininin kompleks qrupları (B5 vitamini, B6 vitamini, B1 vitamini) ilə çox zəngindir. Bədənin müqavimətini artırır.

 

Qan təzyiqini tənzimləyən köməkçi hüceyrələr üçün elektrolit xüsusiyyətinə malikdir.

 

© Azərtac

18.08.2017 04:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ