Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bağçılıq üçün yeni müasir texnikalar alınacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bağçılıq üçün yeni müasir texnikalar alınacaq

Avqustun 17-də kənd təsərrüfatı naziri Heydər Əsədovla “John Deere” şirkətinin MDB ölkələri üzrə direktoru Dirk Strattman və Azərbaycan üzrə nümayəndəsi Maximilian Pauge ilə görüşündə şirkət ilə nazirlik arasında əməkdaşlığa dair müzakirələr aparılıb.

 

Reklam_3_11

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə nazir H.Əsədov “John Deere” şirkəti ilə əməkdaşlığa böyük önəm verdiyini, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu nəzərə çatdirib. Nazir şirkət ilə əməkdaşlığı daha da genişləndirmək məqsədilə təhsil sahəsində işçi qrupunun yaradılmasını və onun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyinin, “John Deere”nin və fermerlərin də daxil olmasını məqsədəuyğun hesab edib. Əsas məqsəd isə yeni texnika və texnologiyalarla tanış olmaq, bu sahədə maarifləndirmə işləri aparmaq, eyni zamanda, tədrisə tələbatın müəyyənləşdirilməsi, uzunmüddətli tədris planının hazırlanması və qısa müddətdə işçi qrupu təsdiq edildikdən sonra plana əsasən sentyabr ayında ilk toplantısının keçirilməsidir.

 

H.Əsədov, həmçinin “John Deere” şirkəti ilə bağlanmış müqavilələrə əsasən qısa zamanda, pambıq yığımı mövsümünün başlanmasına qədər pambıqyığan kombaynların respublikaya gətirilməsinin sürətləndirilməsinin vacibliyini şirkət nümayəndələrinin diqqətlərinə çatdırıb.

 

Görüşdə gələcəkdə bağçılıqda istifadə olunan yeni müasir texnikaların alınması barədə də fikir mübadiləsi aparılıb.

 

“John Deere”nin MDB ölkələri üzrə direktoru D.Strattman Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələri yüksək dəyərləndirdiyini və bundan sonra da əməkdaşlığa önəm verdiyini söyləyib.

 

Qeyd edib ki, “John Deere” şirkətinin pambıqyığan kombaynları MDB ölkələri arasında bağlanmış müqavilələrə əsasən Azərbaycana ən ucuz qiymətə satılır. Dirk Strattman Azərbaycan torpaqlarında olan şoranlaşmanın qarşısını almaq məqsədilə təmsil etdiyi şirkət tərəfindən torpaqşünaslıq üzrə mütəxəssisləri dəvət etməklə tədbirlər planı hazırlanmasını nəzərə çatdırıb.

18.08.2017 04:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ