Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyə fındığın alış qiymətini açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə fındığın alış qiymətini açıqlayıb

Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi Torpaq Məhsulları Ofisi (TMO) vasitəsilə fındıq alışı həyata keçirəcək.

 

"Marja" xəbər verir ki, 2017-ci ilin məhsulu, Giresun keyfiyyət fındığı 10,5 lirədən (5 manat), Levant keyfiyyət fındığı isə10 lirədən alınacaq. (1 lirə = 0,4822 manat)


 
Bu qiymətlərin aşağı qiymətlər olduğunu bildirən nazir Ahmet Eşref Fakıbaba, istehsalçılardan, fındıq satmaqda tələsməmələrini və bazarı təqib etmələrini də tövsiyə edib.  


 
Fındığın eyni zamanda çox mühüm ixrac məhsulu olduğuna diqqəti çəkən Fakıbaba, bu məhsuldan 2 milyard dolların üzərində ixracat gəliri əldə edildiyini söyləyib.


 
Nazir Fakıbaba, fındığın məhsuldarlğına dair gözləntilərini açıqlayıb: "Məhsuldarlğını    650-700 min ton həcmində nəzərdə tuturuq. Bizdə məhsuldarlıq yüksək olmasına baxmayaraq dünya məhsuldarlğında ötən illə müqayisədə ciddi artım yoxdur. Bu da Türkiyənin bir üstünlüyü kimi görünür" - ifadəsini istifadə edib.

 

Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi istehsalçıların ziyana düşməməsi və fındıqda qiymət sabitliyinin təmin olunması üçün TMO vasitəsilə fındıq alışı həyata keçirir.
 

Qeyd edək ki, Türkiyə ən böyük fındıq istehsalçısıdır. Növbəti yerlərdə Yunanıstan, Gürcüstan və Azərbaycan gəlir.

18.08.2017 07:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ