Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Trampın komandası dağılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampın komandası dağılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ prezidenti Donald Trampın strateji məsələlər üzrə baş müşaviri Stiv Bennon postunu tərk edib.


 
Bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sandersin bəyanatında deyilir.


 
Onun sözlərinə görə, Stiv Bennon vəzifədən getməsini Ağ Ev aparatının rəhbəri Con Kelli ilə bu gün razılaşdırıb.  Qeyd edək ki, Trampın seçkiqabağı komandasına qatılmamışdan öncə S.Bennon sağçı “Breitbart” saytına rəhbərlik edib. 

 

Trampın daha bir müşaviri vəzifəsini tərk edib

 

ABŞ prezidenti Donald Trampın qanunvericiliyin tənzimlənməsi üzrə xüsusi müşaviri Karl Aykin vəzifəsini tərk edib.
 


Bu barədə 81 yaşlı milyardçının dövlət başçısına ünvanlandığı məktubda bildirilir.


 
K.Aykin postunu mümkün maraq münaqişəsinə dair şübhələrə görə tərk edib. K.Aykin bildirib ki, Neomi Rao Ağ Evin informasiya və tənzimləmə idarəsinin rəisi təyin olunandan sonra o,  administrasiyada tutduğu vəzifə və fəaliyyət sahəsi ilə əlaqədar sorğular almağa başlayıb. “Vəzifəmlə bağlı partiyadaxili mübahisələrin yaranmasını arzulamadığıma görə, əməkdaşlığımızı dayandırmaq qərarına gəldim”, K.Aykin vurğulayıb.
 


D.Tramp varidatı 24 milyard dollar təşkil edən investoru prezident seçkilərində qələbəsindən sonra əməkdaşlığa dəvət edib. Onun administrasiyadakı postu qeyri-rəsmi olsa da, işgüzar maraqlarından imtina etməyi tələb edib.

19.08.2017 07:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ