Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tikintisinə başlanılıb, ən müasir avadanlıq quraşdırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikintisinə başlanılıb, ən müasir avadanlıq quraşdırılacaq

Qax Damazlıq İpəkçilik Stansiyasının yenidənqurulması işlərinə başlanılıb.

 

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli Sərəncamın icrası olaraq artıq Qax Damazlıq İpəkçilik Stansiyasının yenidənqurulması işlərinə start verilib. Tikinti və yenidənqurma işləri “Azəraqrartikinti” ASC-nin Zaqatala filialının kollektivi tərəfindən həyata keçirilir.

 

İş icraçısı Cavanşir Əhmədov bildirib ki, layihəyə uyğun olaraq stansiyanın ərazisində 4 bina - barama toxumunun hazırlanması üçün hər biri iki mərtəbədən ibarət 2 bina, barama qurdları ailələrinin yemlənməsi binası və inzibati bina inşa ediləcək. Artıq barama toxumunun hazırlanması üçün nəzərdə tutulan ilk binanın bünövrəsinin qazılmasına başlanılıb.

 

Bundan əlavə, stansiyasının ərazisində transformator yarımstansiyası, qazanxana binası, çirkab su anbarı, 100 kubmetrlik yanğın və 50 kubmetrlik içməli su anbarları və digər yardımçı tikililər inşa ediləcək, artezian quyusu qazılacaq.

 

Stansiyada Çin Xalq Respublikasından gətiriləcək ən müasir avadanlıq quraşdırılacaq. Stansiya istifadəyə verildikdən sonra burada super-elit, elit və hibrid barama toxumları yetişdiriləcək. Beləliklə, ölkəmizə xaricdən barama toxumu gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq.

 

© Azərtac

21.08.2017 06:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ