Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıda bahalı geyimlərin satıldığı mağazada yanğın

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda bahalı geyimlərin satıldığı mağazada yanğın

Fövqəladə Hallar Nazirliyi (FHN) Neftçilər prospektində geyim mağazasında baş verən yanğınla bağlı məlumat yayıb.

 

Bu barədə  FHN-dən məlumat verilib.

 

Məlumatda deyilir ki, Səbail rayonunda ümumi sahəsi 150 kvadratmetr olan mağazanın geyinib soyunma otağının taxtadan ibarət arakəsmə divarı və asma tavanı 30 kvadratmetr sahədə yanıb.

 

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

XXX

 

Bakının mərkəzində mağazada baş verən yanğın söndürülüb. 


 
Bunu Dövlət Yanğından mühafizə Xidmətinin əməliyyatçısı, polkovnik-leytenant Ramazan Ramaznov deyib. Onun sözlərinə görə, yanğın 30-35 kv/m ərazini əhatə edib. Mağazada əsasən divar kağızları yanıb. Yanğın nəticəsində geyim əşyalarına ziyan dəyməyib və xəsarət alan yoxdur. 


 
İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub. 

 

 XXX

 

Bakıda bahalı geyimlərin satıldığı mağazaların yerləşdiyi binada yanğın başlayıb.


Yanğın hadisəsi Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Dolce & Gabbana” mağazasında qeydə alınıb.


Daha sonra isə “GUCCİ” mağasına keçib. Mağazalarda satılan geyimlər küçəyə çıxarılıb. 


Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.  

 

© Report, APA

22.08.2017 12:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ