Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Məktəbli yarmarkaları fəaliyyətə başlayıb - ÜNVANLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məktəbli yarmarkaları fəaliyyətə başlayıb - ÜNVANLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkaları təşkil olunub.
 


Bakı  Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov  bildirib ki, 10-dək məktəbli yarmarkası “Koroğlu”, “Neftçilər”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, Nəriman Nərimanov”, “28 May” stansiyalarının giriş-çıxışında yaradılıb. 

Reklam_3_11


 
Onun sözlərinə görə, yarmarkalar əhalinin daha çox sıx olduğu Yasamal, Suraxanı, Nizami, Nəsimi, Nərimanov, Səbail rayonlarda fəaliyyət göstərəcək. Bu yarmarkaların 1 ay müddətində - avqustun 25-dən sentyabrın 25-dək tam fəaliyyət göstərəcəyini deyən Ə.Bağırov qeyd edib ki, burada məqsəd yeni tədris ili ərəfəsində orta məktəb şagirdlərinin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir:


 
“Yarmarkalar üçün çadırlar qurulub və burada məktəblilər üçün lazım olan bütün ləvazimatlar - kitab, dəftər, qələm, karandaş, çanta və digər məhsullar satılır. Bu ərazilər vahid mərkəzdən idarə olunacaq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qiymətlərə və xidmətə nəzarət ediləcək. İstəyirik ki, məktəbli ləvazimatlarının satışı pərakəndə şəkildə olmasın, kim harada istəyir məhsul satmasın, şəhər bazara çevrilməsin, küçələrdə xırda ticarətlər olmasın. Yarmarkalarda qiymətlərin nisbətən ucuz olması nəzərdə tutulub. Ancaq nəzərə almaq lazımdır ki, bütün məhsulların qiymətini bazar tənzimləyir. Məsələn, qiyməti 2.50 qəpiyə olan hansısa məhsul yarmarkada 1.50 qəpiyə satıla bilməz. Qiymətlərdə çox az fərq hiss olunacaq”, - deyə Ə. Bağırov bildirib. 

 

© APA

22.08.2017 14:03

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ