Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İri bank: Kreditlərə tələbat bir qədər azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İri bank: Kreditlərə tələbat bir qədər azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Belə bir fikir səsləndirilir ki, banklar cəlb etdikləri vəsaitləri kredit şəkilində ayıra bilmirlər və banklarda izafi likvidlik mövcuddur. Həqiqətənmi kreditlərə tələbat azalıb? Gələcəkdə banklar gəlir formalaşdırmaqda çətinlik çəkə bilərlərmi?

 

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva "Marja"ya müsahibəsində bildirib ki, kreditlərə tələbat bir qədər azalıb:

 

 

“Hazırda PAŞA Bankın müştərilərə verdiyi kreditlər 900 milyon manat civarındadır və bu il kredit portfelimizdə ciddi azalma və artma müşahidə etmirik. Bəli, kreditlərə tələbat bir qədər azalıb. Tələbatla bağlı məqama aydınlıq gətirmək istərdim – bizim portfelimizdə  bizneslərin valyuta asılılıqları qismən mövcuddur. Bu bizneslərdə bir az durğunluq müşahidə olunur. Onlar öz üzərinə valyuta riskini götürmək istəmir və biznesin genişlənməsinə yatırım etməkdən qaçınırlar. Digər sözlə desək, sahibkar öz biznesinə ciddi şəkildə investisiya etmir, amma dövriyyə vəsaitlərinə olan ehtiyaclarını Bankdan aldığı vəsaitlə qarşılayır”.

 

Xəyalə Nğıyeva vurğulayıb ki, kreditə tələbat sektorlar üzrə fərqlidir:  “Biz kənd təsərrüfatında canlanma görürük, tikinti sektorunda isə əksinə durğunluq müşahidə olunur. Qida sənayesində, qida və qeyri qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin bizneslərində heç bir azalma yoxdur. PAŞA Bankın hesabatlarına diqqət yetirsəniz görəcəksiniz ki, Bankın sektorlar üzrə kredit portfeli iqtisadiyyatdakı prosesləri əks etdirir”.

 

VƏSAİTLƏRİ YERLƏŞDİRMƏKDƏ ÇƏTİNLİK MÖVCUDDUR

 

Xəyalı Nğıyeva qeyd edib ki, banklarda izafi likvidliyin olduğu barədə səsləndirilən fikirlər doğrudur: “Hazırda PAŞA Bankda da böyük likvidlik yaranmışdır və bu vəsaitləri rasional yerləşdirmək demək olar ki, mümkün deyil. Bu da alternativ investisiya alətlərinin məhdudluğu ilə əlaqədardır: Mərkəzi Bankın depozit hərracları, notları və dövlət istiqrazlarından başqa demək olar ki hər hansı bir investisiya aləti mövcud deyil.

 

Digər tərəfdən də, ölkə xaricindəki alətlərə də investisiya etmək Azərbaycan bankları üçün sərfəli deyil, çünki qərb ölkələrində etibarlı dövlət istiqrazlarının faizləri çox aşağıdır. İnkişaf etmiş ölkələrin demək olar ki, risksiz dövlət istiqrazlarının gəlirliliyi 1-2%-dir ki bu gəlir bizim xərcimizi belə ödəmir. Hazırda likvid vəsaitlərin yerləşdirilməsimaliyyə institutlarının qarşısında dayanan ciddi çağırışlardan biridir”. 

24.08.2017 07:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ