“Sazz” çöküb"
Ölkənin simsiz internet xidməti göstərən ən böyük operatoru olan “Sazz”da böyük problem yaşanır. Bu barədə abunəçilər məlumat verib.
Onlar qeyd edir ki, iki gündür ki, şəbəkənin internetindən istifadə etmək mümkün deyil. Problemlə bağlı şirkətin ofislərinə müraciət edən abunəçilərə isə bildirilib ki, cərəyana qoşulu vəziyyətdə olan bütün abunəçilərin modemləri yanıb:
“Bunun hansı səbəbdən baş verdiyini isə müəyyənləşdirə bilmirlər. Deyirlər ki, hacker hücumu nəticəsində bu baş verə bilər. Yeni modemlər abunəçilər tərəfindən alınmalıdır. Məsələnin nə vaxt həll olunacağı barədə məlumat vermirlər. Hamının yeni modem almağa imkanı yoxdur. Şirkət tərəfindən bu problem yaranıbsa, onlar da məsələni həll etməlidirlər”.
Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlanıb. Operator problemin olduğunu təsdiqləyib və bildirib ki, abunəçilərin müəyyən hissəsinin internetində problemlər var:
“Bununla texniki mütəxəssislərimiz tərəfindən müvafiq işlər görülür. Abunəçilərimizə də yaranan narahatlıqla bağlı öz sosial səhifəmizdən və saytımızdan məlumat verəcəyik. Hələ ki, məsələnin nə vaxt həll olunub bitəcəyi barədə məlumatlı deyilik”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl