Bakıda hədiyyələr sərgisi keçiriləcək
Oktyabrın 27-28-də Bakı şəhərində Azərbaycanda debüt edən "Hədiyyələr" (“Gift Fair-2017”) sərgisi keçiriləcək.
"Caspian Event Organiser" şirkətindən verilən məlumata görə, sərgidə geniş seçimli biznes-hədiyyələr, VIP və s. hədiyyələrin nümayişi ilə yanaşı, təntənəli mərasimlərin təşkili və keçirilməsi üçün məhsul və xidmətlər, eləcə də interyer dizaynı üçün nəzərdə tutulan əşyalar və digər məhsullar təklif olunacaq.
Sərginin keçiriləcəyi iki gün ərzində yüksək keyfiyyətli məhsulların geniş çeşidi və bu sənaye sahəsinin inkişaf təmayülləri ilə tanış olmaq üçün unikal imkan yaradılacaq. Sərginin iştirakçıları bayram tədbirlərinin, eləcə də toy və toyqabağı tədbirlərin təşkili, habelə şirniyyat məmulatları və əl işlərinin hazırlanması sahəsində ixtisaslaşan şirkətlərdən ibarətdir. VIP ziyarətçilərlə mövcud əlaqələrin möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması məqsədilə elit xidmətlər və məhsullar təklif edən şirkətlər, butiklər və turizm agentlikləri "Gift Fair-2017" sərgisi çərçivəsində “Premium sektor” bölümündə təmsil olunacaqlar.
Bundan başqa, oktyabrın 6-da "Baku Expo Center"də Azərbaycan Beynəlxalq Təhsil (“Education”) və Karyera (“Career”) sərgilərinin açılışı baş tutacaq. Hər iki sərgi Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Sərgilərdə ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramları, o cümlədən işgüzar xarici dil kursları, təcrübə proqramları, təlimlər və məktəbəqədər təhsil proqramları təklif olunacaq. Öz növbəsində, XI Azərbaycan Beynəlxalq Karyera Sərgisi ölkədə peşəkar kadrlara artan tələbatı əks etdirəcək. Karyera sərgisinin iştirakçıları arasında gənclər üçün iş vakansiyaları və xüsusi təhsil proqramları təklif edən “Azersun Holding”, “Gilan Holding”, "JTI" və digər şirkətlər yer alır.
Noyabrın 14-16-da Bakıda VIII Azərbaycan Beynəlxalq Ətraf Mühit (“Caspian Ecology-2017”) sərgisi təşkil olunacaq. Ənənəvi olaraq sərgi mövsümü dekabrın 5-8-də keçiriləcək XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı (“Bakutel-2017”) ilə yekunlaşacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
3 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 3 saat əvvəl
- 3 saat əvvəl