Bakıda "şərab" görüşü
Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azpromo-nun təşkilatçılığı ilə Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 10-dan çox şirkətin nümayəndəsi ilə görüş keçirilib.
Azpromo-dan verilən məlumata görə, İxracatçılar Klubu çərçivəsində keçirilmiş görüşdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu da iştirak edib, Azərbaycan şərablarının Çinə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb.
Görüşdə Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, rəqabətədavamlı qeyri-neft məhsullarının, o cümlədən şərabın istehsalı və ixracı, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd edilib ki, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə Azərbaycanın Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələri təyin olunub, Belarusda Ticarət Evi açılıb.
Bildirilib ki, Azərbaycan şərablarına xarici ölkələrdə, o cümlədən Çində maraq və bu məhsulun ixrac potensialı genişdir: “Məhz bu səbəbdən yerli şərablarımızın Çinə ixracının genişləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür, Çindəki ticarət nümayəndəmiz iş adamları ilə görüşür, onlara dəstək göstərir, ixracın genişləndirilməsinə dair müzakirələr aparılır”.
Görüşdə T. Nadiroğlu təmsil etdiyi ölkənin bazarı barədə məlumat verib, Azərbaycanın şərab məhsullarının bu bazara çıxarılması və satışının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb, iş adamları ilə bu sahədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
18 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 13 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
16 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
16 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
17 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır