Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Belarusda Azərbaycan Ticarət Evinin açılması səmərəli oldu?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Belarusda Azərbaycan Ticarət Evinin açılması səmərəli oldu?

Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, artıq Azərbaycan Ticarət Evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları (pomidor, gavalı, armud, şaftalı, nektarin, yaşıl zeytun və zeytun məhsulları), o cümlədən 8000 şüşəyə yaxın zeytun yağı, zeytun mürəbbəsi, 2700 şüşəyə yaxın nar şirəsi, 1200 qutudan artıq çay) ixrac edilib.

 

 
İqtisadiyyat Nazirliyindən "Marja"ya verilən məlumata görə, bundan başqa, Azərbaycan istehsalı olan məhsulların Belarusda satışının təşkili məqsədilə Ticarət Evi ilə həmin ölkənin bir sıra iri ticarət şirkətləri arasında müqavilələr bağlanıb.


 
Azərbaycan məhsullarının Belarusa ixracının genişləndirilməsi üçün tədbirlər davam etdirilir.


 
Qeyd edək ki, Azərbaycan prezidentinin müvafiq tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması, yerli məhsulların satışı sahəsində fəaliyyətin bilavasitə həmin ölkələrdə təşkili və əlaqələndirilməsi məqsədilə Belarus Respublikasının Minsk şəhərində Azərbaycan Ticarət Evi yaradılıb.

 

Azərbaycan Ticarət Evi hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, iş adamlarının iştirakı ilə bu ilin 26 may tarixində açılıb.

 

Ümumi sahəsi 529 m² olan Azərbaycan Ticarət Evinin 364 m²-lik sahəsində Azərbaycan məhsullarının daimi sərgisi fəaliyyət göstərir. Sərgidə Azərbaycan müəssisələrinin istehsal etdiyi müxtəlif növ ərzaq və qeyri-ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz və onlardan emal olunmuş məhsullar (meyvə şirələri, kompotlar, konservlər, mürəbbələr, turşular, bitki yağları), çay, mineral sular, spirtli içkilər (şərab, konyak), xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s. nümayiş olunur.

25.08.2017 10:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ