Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qəbələdə Beynəlxalq Mürəbbə Festivalı başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qəbələdə Beynəlxalq Mürəbbə Festivalı başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qəbələ rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən V Qəbələ Beynəlxalq Mürəbbə Festivalına start verilib.


 
 “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda təşkil olunan bayram tədbirində dünyanın 22 ölkəsindən - Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malaziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çinin şirniyyatçı komandaları iştirak edir.

Reklam_3_11


 
Mərasimdə Azərbaycanın 44 şəhər və rayonunda əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələr nümayiş olunur. Hər bir iştirakçı 8 növ mürəbbə ilə təmsil olunacaq.


 

Festivalda mürəbbə məhsullarının və əl işlərinin sərgisi də təşkil olunur.


 
Festivalın rəsmi açılış mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

 

XXX

 

Bu gün Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək.


 
 “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda təşkil olunacaq bayram tədbirində dünyanın 22 ölkəsindən komandaların iştirakı gözlənilir.


 
Festivalda, həmçinin, Azərbaycanın 44 şəhər və rayonunda əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələr nümayiş olunacaq.


 
Hər iştirakçı 8 növ mürəbbə nümayiş etdirəcək.


 
Festivalda mürəbbə məhsullarının və əl işlərinin sərgisi də təşkil olunacaq.


 
Tədbirin rəsmi açılışı saat 12:00-da başlayacaq.


 
Festivalda Ümumdünya Kulinariya Təşkilatının (WAKS) prezidenti Tomas Guglerin də iştirakı gözlənilir.

26.08.2017 07:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ