Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Golf-dan yüksək və uzun, Tiguan-dan qısa və alçaq - Volkswagen-dən bir ilk

iç səhifə xəbər başlığı altı (mobil)_31
Golf-dan yüksək və uzun, Tiguan-dan qısa və alçaq - Volkswagen-dən bir ilk
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Volkswagen tarixində ilk dəfə mini SUV bazarına T-ROC ilə rəsmən addım atdı. Avtomobil Noyabr ayında satışa çıxacaq.


 
"Marja" xəbər verir ki, Volkswagen, kompakt krossover seqmentində yer alacaq yeni modeli T ROC-u, İtalyanın Komo gölü yaxınlığında təşkil etdiyi bir tədbirdə rəsmən təqdim edib.

Reklam_3_11


 
Volkswagen-in İcraçı direktoru  Herbert Diess, təqdimatda etdiyi açıqlamada, "SUV kateqoriyasına bütün dünyada getdikcə daha çox üstünlük verilir və avtomobil sənayesində payı artır" deyib.

 

Diess, qarşıdakı bir neçə il ərzində qlobal olaraq bazara çıxarılan Volkswagen modellərinin 19-nun SUV modelləri olacağını və ümumi satışlarının 40%-nə çatacağını bildirib.

 

T ROC modelinin Avropa bazarına Noyabr ayında təqdim edilməsi gözlənilir. Başlanğıc qiymətinin isə 20 min avro olacağı ehtimal edilir. Avropadan sonra isə maşın Çin bazarına çıxacaq. İlk fazada ABŞ-a göndərilməsi isə gözlənilmir.

 

T-ROC-un 6 fərqli mühərrik versiyası var. Bu mühərriklər 115- 190 at gücü arasındadır. Volkswagenin Golf modelindən ilhamlanaraq hazırlanan yeni T-ROC SUV-nin ox məsafəsi isə 2.6 metrdir.

 

 T-ROC krossover, Volkswagenin modelləri arasında Golf ilə Tiguan arasına yerləşir.


 
Ölçü olaraq Audi Q2 ilə bənzər olan T-ROC təxminən 4.2 metr uzunluğunda və 1.8 metr enində olacaq. Avtomobil Golf-dan bir az daha yüksək və uzun, Tiguan-dan isə bir az daha qısa və alçaqdır.

26.08.2017 10:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ