Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fındıq üçün laboratoriya yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fındıq üçün laboratoriya yaradılıb

Zaqatalada Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Zaqatala Gömrük Laboratoriyasının rəsmi açılış mərasimi olub.

 

Reklam_3_11

Dövlət Gömrük Komitəsi (DGK) mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə komitə sədri Aydın Əliyev, rayon rəsmiləri, bölgədə fəaliyyət göstərən sahibkarlar və digər şəxslər iştirak ediblər.

 

DGK Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə bildirib ki, laboratoriyanın yaradılmasında məqsəd ölkədə istehsal olunan fındıq və fındıq məhsullarının ixrac potensialının artırılması, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyətində əməyin yüngülləşdirilməsini təmin etməkdir.

 

Zaqatala Gömrük Laboratoriyasında fındıq məhsullarında mövcud olan aflatoksinlərin tədqiqi aparılacaq.

 

Qeyd edilib ki,tərkibində aflatoksin olan fındıq məhsullarının ixracına icazə verilmir. Yüksək keyfiyyətli fındıq məhsullarının ixracının artırılması üçün Azərbaycanda yetişdirilən bu məhsulların dəqiq laborator analizi aparılmalıdır.

 

Qeyd edək ki, ötən il kənd təsərrüfatı məhsulları arasında ən çox ixrac olunan məhsullardan biri də məhz fındıqdır. 2016-cı il ərzində 105 milyon dollardan artıq fındıq məhsulu ixrac olunub.

27.08.2017 19:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ