Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Fermerlər: Üzümün qiyməti aşağıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fermerlər: Üzümün qiyməti aşağıdır

Cəlilabad rayonunda üzüm yığımına başlanıb. Fermerlər ilkin olaraq tez yetişən üzüm sortlarını toplayırlar.


 
Fermer Əhmədağa Məmmədov: “Hər hektardan 100-120 sentner məhsul əldə etmişik. Qalan bağlarımızda da yığım davam edir. Elə görünür ki, süfrə üzümü sortunun orta 100-120 sentner təşkil edəcəkdir.”

Reklam_3_11


 
Təsərrüfat sahibi deyir ki, bu il mövsüm əlverişli keçsə də hazırda kəskin istilərin olması xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu da qiyməti aşağı olan üzümün maya dəyərini daha da artırmış olacaq. Hazırda məhsulun təkcə paytaxt bazarlarında satıldığını deyən fermer bu ilki qiymətlərin ucuz olmasından gileylənir.


 
Fermer Əhmədağa Məmmədov: “Keçən il indiki vaxta üzümün bir kiloqramı 70-80 qəpiyə satırdıqsa dediyim sortların hazırda isə həmin üzüm sortun 40 qəpiyə satırıq. Bu da fermerlər üçün demək olar ki, qiymətin ucuz olmağı heç də qane etmir. Maya dəyərinin, qoyulan xərcin çıxacağı sual altındadır.”


 
Fermer qiymətlərin aşağı olmasını bazarda üzümə olan təlabatın olmaması ilə əlaqələndirir.


 
Fermer Əhmədağa Məmmədov: “İlk 2-3 gün məhsul yığılandan sonra üzüm məhsulunun qiymətinin birdən birə aşağı getməsi belə görünür ki, bu məhsula hazır ki, ildə təlabat yoxdur.”


 
Cəlilabadda 9 üzüm sortu var. Onlardan ən tez yetişən sort “prima” və “ora” sortudur. “Ora” sortu ağ, “prima” sortu isə qara üzümdür. Hazırda bağlarda hər iki sortun yığımı aparılır. Cəlilabadda  "Kardinal", "Retkulub", "Sentinial" və başqa sortlar da əkilir.

 

© ARB

28.08.2017 10:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ