Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Yeni otel istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni otel istifadəyə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avqustun 26-da Şəkinin Heydər Əliyev prospektində yeni tikilmiş “Yaffle İnn” oteli istifadəyə verilib.

 

"Marja" Şəki şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və şəhər sakinləri iştirak edib.

 

Bildirilib ki, respublikamızın regionlarında müasir turizm obyektlərinin inşası ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılmış əlverişli mühitdən irəli gəlir. Turizmin inkişafı ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Şəki şəhərində də turizm potensialının inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan yeni tikilmiş  otel də mühüm əhəmiyyət daşıyır.

 

Sonra yeni otelin rəmzi açılışını bildirən lent kəsilib.

 

Tədbir iştirakçıları oteldə yaradılmış şəraitlə tanış olublar.

29.08.2017 07:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ