Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Hamam özəlləşdirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hamam özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 29 avqust tarixində keçirilib.

 

Komitədən "Marja"ya daxil olmuş məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlakların hamısı Bakıda yerləşir.

 

Paytaxtda özəlləşdirilən kiçik dövlət müəssisəsi Suraxanı rayonunda yerləşən 55 saylı hamam olub. Adı çəkilən əmlak torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Həmin obyektin ümumi faydalı sahəsi 550 kv.m-ə yaxın, torpaq sahəsi isə 1656 kv.m təşkil edir.

 

Özəlləşdirilən qeyri-yaşayış sahələrindən 5-i Yasamalda, 2-i Xətaidə digərləri isə müvafiq olaraq Nəsimi, Nizami və Suraxanıda yerləşir.

 

Bu dəfəki hərracda rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 25,2 kv.m olan qeyri yaşayış sahəsinin ilkin start qiyməti 6 min manat olsa da ən son 12 min manat təklif edilib. Bundan başqa eyni tendensiya Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında da müşahidə olunub. Belə ki, sahəsi 16,6 kv.m əmlakın ilkin start qiyməti 2 min 500 manat olsa da ən son təklif 4 min 600 manatadək yüksəlib.

 

Hərracda qeyri-yaşayış sahələri içərisində ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən əmlak olub. Həmin əmlakın ümumi faydalı sahəsi 20 kv.m təşkil edir. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə paytaxtın Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 17 kv.m dir. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 10,7 kv.m ilə 70 kv.m arasında dəyişib.

 

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Xətai rayonunda yerləşən sahəsi 11 kv.m-ə yaxın olan qeyri yaşayış obyektidir.

 

Özəlləşdirilən nəqliyyat vasitəsi isə Kamaz markalı avtomobildir.

 

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

 

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

29.08.2017 10:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ