Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Pambıq sahələri susuz qalıb - "Ağ qızıl" məhv olur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pambıq sahələri susuz qalıb - "Ağ qızıl" məhv olur

Biləsuvarda vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, pambıq sahələri susuz qalıb. Bu il havaların quraq keçməsi və yağışların az yağması təsərrüfatçıların işini daha da çətinə salıb. Tarlaların vaxtında suvarılmaması ağ qızılın məhv olmasına gətirib çıxaracaq.


 
Biləsuvarın Ağalıkənd kənd sakini Anar Abbasov ailə üzvləri ilə birlikdə bu il 60 hektar sahədə pambıq əkib. Aqrotexniki qaydalara vaxtında əməl edən fermer əkin sahələrini dörd dəfə suvara bilib. Tarlaların ən çox suya ehtiyac olduğu vaxt fermerlər su tapa bilmir. 


 
Kənd sakini Anar Abbasov: “Təxminən onun 20 hektar yerimiz bu vəziyyətdədir. Yanır, əldən gedir. İndi deyirlər su yoxdur. Amma su da olanda deyirdilər ki, növbəli şəkildədir.”


 
Analoji vəziyyət rayonun Nəsimikənd kəndində də yaşanır. Kəndlilər bildirir ki, suyun verilməməsi sahələrdə bitkini məhv edir. 


 
Nəsimikənd sakini Anar Hüseynov: “Cənab prezidentin göstərişinə əsasən pambıq əkmişik. Yeddinci ayın 23-də axırıncı dəfə suvarmışam. İndi  bu ayda da suvarmalıyam. Su olmadığından suvara bilmirəm. Kimə də  müraciət edirəm deyirlər ki, su yoxdur. Məhsulumuz da bərbaddır, yerə tökülür.”


 
Nəsimikənd sakini Əlisa Rzayev: “2000 manat kredit götürmüşəm pambığın becərilməsi  üçün . Aidiyyatı təşkilatlara ünvanlamışıq, su problemin həll etmədiklərinə görə pambıq bu vəziyyətə düşüb, yanıb . Köməklik edəcəklər, etmiyəcəklər bilmirəm.”
 


Məsələ ilə bağlı Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev ARB-yə bildirdi ki, rayonda əkin sahələri növbəli sistemlə suvarılır. Bu günə kimi 9805 hektar sahəyə üç, 2600 hektar sahəyə isə idarə əməkdaşları tərəfindən dörd dəfə su verilib. 


 
Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev: “Mülkiyyətçi etiraf edirsə 4 dəfə su vermişəm. Deməli  onun yerində aqrotexniki qaydada zəif olub ki, bu günləri o beşinci suyu istiyir. Halbuki, 4 dəfə verilən su kifayət edərdi, və yüksək məhsul da 4 su ilə əldə etmək mümkündür.”


 
İdarə rəisi hazırki vəziyyəti Araz çayında sululuğun kəskin azalması ilə əlaqələndirdi. Yay fəslində normadan artıq kecən isti havalar Araz çayında suyun azalmasına səbəb olub. Mütəxəssislər bildirir ki, hazırda əkin sahələrinin suvarılması üçün Araz çayının imkanları yetərli deyil.


Aqronom Piruz Quliyev: “O çayların hər ikisində minimum 45-50 m3  su olmalıdır. Amma hazırda  Kürdən və Arazdan dediyimiz kubmetrdən aşağı su axırsa, təbii ki, Biləsuvar rayonuna daxil olan su bizim əkin sahəmizi təmin etmir.”


 
Ötən il Biləsuvarda 6040 hektar ərazidə pambıq əkilmişdisə, bu il bu rəqəm 11 min 200 hektara çatdırılıb.

 

30.08.2017 07:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ