Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Tanınmış bankdan Manat proqnozu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tanınmış bankdan Manat proqnozu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya iqtisadiyyatındakı qeyri-sabitlik fonunda hazırkı mərhələdə Azərbaycan manatının yenidən devalvasiyaya uğraması gözlənilmir. 


Bunu açıqlamasında "Saxo Bank"ın valyuta strategiyası üzrə mütəxəssisi Con Hardi (John Hardy) manatın yeni devalvasiya dalğası ilə üzləşməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.


Analitikin fikrincə, hazırda qlobal iqtisadi qeyri-sabitlik müşahidə olunmur: "İnkişaf etmiş ölkələrin aktivlərinə tələbat dalğalansa da, inkişaf etməkdə olan ölkələrdə biznesə maraq və bu kateqoriyadan olan ölkələrin valyutalarının möhkəmlənməsi və aktivlərinin bahalaşmasını müşahidə edirəm".


"Bu səbəbdən əgər manatda hər hansı devalvasiya prosesi baş verərsə, bu, istisnasız olaraq lokal bazardakı vəziyyətlə əlaqəli olacaq. Devalvasiyaya kapitalın ölkədə saxlanmasına inam, fiskal və siyasi vəziyyət, habelə neftin qiymətinin təsir edəcəyini düşünürəm. Belə ki, neft Azərbaycanın ixracında yüksək paya sahib olmaqla valyuta gəlirlərinin əsasını təşkil edir", - deyə C.Hardi vurğulayıb. 

 

© Report

30.08.2017 13:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ