Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qəbələ meşəsindəki yanğını söndürmək olmur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qəbələ meşəsindəki yanğını söndürmək olmur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200-ə yaxın əməkdaşı cəlb olunub”.

 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Nazirlikdən bildirilib ki, hazırda yanğınla mübarizə işləri davam etdirilir: "Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə yanaşı ictimaiyyət nümayəndələri də yanğının söndürülməsinə cəlb olunub”.
Qurumun məlumatına görə, relyefin mürəkkəb olması yanğının söndürülməsi üçün əraziyə texnikanın qalxmasında çətinliklər yaradır: "Ona görə də, yanğının söndürülməsində, əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğın 80 faiz lokallaşdırılıb”.


Nazirliyin məlumatında qeyd olunub ki, yanğının yaranma səbəbi ilkin ehtimala görə ehtiyatsızlıqdır: “Yanğının əsl səbəbi müvafiq qurumlar tərəfindən araşdırılacaq”.


Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin bir helikopteri cəlb olunub.

02.09.2017 11:28

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ