Satışa çıxardılan mənzillər artıb - Hesabat

Bakı şəhəri daşınmaz əmlakın təkrar bazarında 2016-cı ilin noyabr ayında orta qiymət 1 474 manat/kv.metr, ilkin bazarda isə 1 441 manat/kv.metr təşkil edib.

 

Bu barədə noyabrda paytaxt daşınmaz əmlak bazarında aparılan monitorinqin nəticələrini açıqlayan "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.

 

Məlumata görə, 2016-cı ilin yanvar-noyabr aylarında mənzil bazarında təklif 4% artıb və nəticədə, bazara satış üçün təklif olunan mənzillərin sayı 10 700-ə qalxıb.

 

Lakin, iyun-avqust aylarında satışa çıxarılan mənzillərin sayı 1,3% azalıb. Maksimal say artımı 2016-cı ilin iyun və noyabr aylarında qeydə alınıb və 10,2% təşkil edib.

 

Təkrar bazarda müşahidə olunan təklif portfelinin strukturunun əhəmiyyətli dərəcədə dəyişməsi qeyd olunur. Belə ki, əgər 2015-ci ildə ümumi təklifin 61%-i köhnə tikili, 39%-i isə yeni tikililər təşkil etmişdirsə, 2016-cı ilin noyabr ayında 58% yeni tikililər, 42% isə köhnə tikililərin payına düşüb.

 

Ən çox köhnə və yeni tikili binaların təklifi Yasamal (köhnə və yeni tikili mənzillərin ümumi payı 45,2%) və Xətai (köhnə və yeni tikili mənzillərin ümumi payı 41,7%) rayonlarında müşahidə olunub. Habelə, Yasamal və Xətai rayonlarında yeni tikili mənzillərin payı köhnə tikili mənzillərin payından üstünlük təşkil edib. Lakın Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Sabunçu, Suraxanı, Səbail rayonlarında isə əksinə, köhnə tikili mənzillərin payı daha çox olub.

 

Həmçinin, yeni və köhnə tikili binaların payı ümumi təklif portfelində ən az Sabunçu, Suraxanı, Qaradağ, Xəzər, Pirallahı rayonlarında olub. Bunun səbəbi isə qeyd edilən rayonlarda fərdi yaşayış evlərinin üstünlük təşkil etməsilə bağlıdır. Xəzər, Qaradağ, Pirallahı rayonlarında ilkin mənzil bazarında noyabrda təklif müşahidə edilməyib.

 

© Report

6 Yanvar 2017, 16:50   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]