Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qlobal bazarlar onun çıxışına fokuslanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlar onun çıxışına fokuslanıb

Maliyyə bazarlarında cümə axşamı baş tutacaq Mario Draqinin mətbuat konfransı və İngiltərə parlamentində "BREKSİT" müzakirələri öncəsi sakitlik.


 

Reklam_3_11

Cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bankının sədri Mario Draqinin mətbuat konfransı öncəsi EUR/USD məzənnəsi 1.19$-a ticarət edilməkdədir.

 

İnvestorlar sədrin yumşaq monetar siyasətin gələcəyi ilə bağlı verəcək mesajları böyük maraqla gözləyirlər və hadisənin dünya birjalarında ticarət aktivliyinin daha da artmasına təsir edəcəyi gözlənilir.


Azərbaycanın "İnvestAZ" şirkəti bildirir ki, məzənnə üzrə texniki təhlillər isə onu göstərir ki, qiymət 1.1824$-a kimi ucuzlaşarsa, əlavə olaraq 1.1730$-a kimi də ucuzlaşa bilər.


İngiltərə parlamentində “BREKSİT” müzakirələri başlayır. 


Funt sterlinqin qiyməti də 1.30$-ın altında ticarət olunmaqdadır. Beləliklə, qiymət bu həftə də 1.30$-ın altında ticarət olunmağa davam edərsə, 1.2770$ və 1.2690$-a kimi ucuzlaşmağa başlaya bilər.


Bununla yanaşı, bu həftənin cümə axşamı İngiltərə parlamentində “Breksit” müzakirələri başlayacaqdır və parlamentdə Avropa Birliyi tərəfdarlarının birləşməsi fonunda hökümət təzyiq altında ola bilər. Qeyd etmək lazımdır ki, baş nazir Tereza Meyin partiya tərəfdarları parlamentdə azlıq təşkil edir.


Qızıl qiymətlərində bahalaşma


Əlvan metallar bazarlarında da qızılın qiyməti bahalaşmaqda davam edir. Dünyada siyasi və iqtisadi risklərin artması, qızılın bir unsiya üzrə qiymətinin 1340$-a (43.0 $/qram) kimi dəyər qazanmasına təsir edib. Təhlillərə əsasən, maliyyə bazarlarında qızıl qiymətləri 1352$ (43.4 $/qram) və 1376$-a (44.1 $/qram) kimi də bahalaşa bilər.

 

© İnvestAZ

05.09.2017 09:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ