Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan Beynəlxalq Ərzaq Sərgisinin ekskluziv partnyorudur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Beynəlxalq Ərzaq Sərgisinin ekskluziv partnyorudur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan sentyabrın 11-14-də Moskva şəhərində keçiriləcək “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin eksklüziv partnyor ölkəsidir.

 

İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, belə bir status sərgidə iştirak edən yalnız bir ölkəyə verilir.

 

İlk dəfə olaraq Azərbaycanın “Worldfood Moscow” kimi nüfuzlu sərginin ekskluziv partnyor ölkəsi olması sərginin açılış mərasimindəki banerdə, sərginin internet səhifəsində (http://www.world-food.ru/en-GB/press/news/3980.aspx,

 

http://www.world-food.ru/en-GB/) və sərgi bələdçisində, ziyarətçilərə paylanan promo məhsullarda və bədclərdə qeyd edilir.

 

Bundan başqa, “Worldfood Moscow” Sərgisi zamanı ziyarətçilərin qeydiyyat zonasında sərginin partnyor ölkəsi - Azərbaycan haqqında məlumat veriləcək, sərgiyə dair bütün xəbərlərdə ölkəmizin sərginin ekskluziv partnyor ölkəsi olması diqqətə çatdırılacaq.

 

“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, müxtəlif növ şərablar və spirtli içkilər, mineral sular, meyvə-tərəvəz, fındıq, nar, meyvə quruları, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, dondurma, şokolad və s. təqdim ediləcək. Sərgidə həmçinin, Azərbaycanın mədəniyyəti və mətbəxi, ölkəmizin turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.

 

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğinə dair Fərmanına uyğun olaraq, “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

 

Qeyd edək ki, “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi Azərbaycanın vahid ölkə stendi ilə təmsil olunacağı sayca 3-cü sərgidir.

05.09.2017 14:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ