Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

WhatsApp ödənişli olur!

iç səhifə xəbər başlığı altı (mobil)_31
WhatsApp ödənişli olur!

Facebook, WhatsApp mobil tətbiqindən pul qazanmağın yeni yollarını axtarır.


 
"Marja" xəbər verir ki, Facebook, sahibi olduğu WhatsApp tətbiqində şirkət hesablarından pul qazanmaq niyyətindədir. 

Reklam_3_11

 

WhatsApp-ın Əməliyyat direktoru Matt Idema, iş adamlarına və şirkətlərə təqdim edəcəkləri əlavə funksiyalar qarşılığında ödəniş alacaqlarını açıqlayıb.

 

Idema, pullu xüsusiyyətlərin nə olduğunu və nə zaman istifadəçiyə veriləcəyini açıqlamayıb və "Ödənişin detallarını hələ müəyyən etməmişik" deyə bildirib.

 

Yaxın dövrdə də korporativ hesabların rəsmi olduğunu sübut edən "yaşıl quş" işarə xüsusiyyəti tətbiq edilmişdi.

 


"Wall Street Journal"ın bildirdiyinə görə, bir milyarddan çox istifadəçiyə malik populyar mesajlaşma proqramına korporativ ünsiyyətlə bağlı yeni xüsusiyyətlər əlavə olunacaq.

 

WhatsAppın rəsmi bloqundakı bülletenə görə də, istifadəçilərin WhatsApptaki böyük şirkətlərə aid hesablarla daha asan əlaqə qurmaları üçün yeniliklər tətbiq ediləcək.


 
WhatsAppın bloqunda "Kiçik şirkətlər üçün pulsuz olan Whatsapp Business tətbiqi üzərindən istifadə ediləcək yeni funksiyalar və hava yolu şirkətləri, e-ticarət saytları, banklar kimi böyük şirkətlər üçün yeni həlllər  test etməkdəyik" qeyd edilib.

 

Facebook 2014-cü ildə WhatsApp tətbiqini 22 milyard dollara satın almışdı. 

06.09.2017 05:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ