Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Neft qasırğadan sonra tələbatın artması ilə bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qasırğadan sonra tələbatın artması ilə bahalaşıb

 
Neft qiymətləri, "Harvey" qasırğasına görə bağlanan zavodlar və boru kəmərlərinin yenidən fəaliyyətə başlaması ilə yüksəlib. Səbəb yenidən xam neftə tələbatın artmasıdır.

 


"Marja" xəbər verir ki, Neft Nyu-Yorkda Çərşənbə axşamı günü 2.9 faiz bahalaşıb. 

 

ABŞ-da Körfəz Sahilindəki neftayırma zavodlarının fəaliyyətləri normala qayıdıb. İndi treyderlər diqqətlərini yaxınlaşan "İrma" qasırğasına çeviriblər. 

 

ABŞ-da Cümə günü açıqlanacaq məlumatların, neft ehtiyatlarının ötən həftə 2.5 milyon barel artdığını və benzin ehtiyatlarının isə 5 milyon barel ilə Mart ayından bu yana kəskin azaldığını göstərəcəyi gözlənilir.


 
ABŞ-da "Harvey" qasırğası, 25 Avqustda güc qazanıb sahilə çatmadan əvvəl, zavodların, boru kəmərlərinin və xaricdən gətirilmiş platformaların fəaliyyətini dayandırmasına səbəb olmuşdu. Bu obyektlərin çoxu təkrar istehsala başlayıb. Goldman Sachs Group Inc. fırtınaya görə dayandırılan zavod fəaliyyətlərinin yarısının Cümə gününə qədər fəaliyyətə başlayacağı və bu vəziyyətinin yaxın bir neçə ay üçün neft qiymətləri üçün müsbət ola biləcəyi proqnozunu verib.


 
Analitiklər bildirirlər ki, əgər "İrma" qasırğası Florida sahillərinə yaxınlaşsa, xam neft qiymətlərini aşağı sala bilər.


 
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti Nymex birjasında  48.57 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında 53.16 dollardan alıcı tapıb.

06.09.2017 06:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ