Bakı əhalisi ərzaqa 4,7 milyard manat xərcləyib
2017-ci ilin yanvar-iyul aylarında Bakı şəhərinin pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artaraq 4 mlrd. 672,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,4% artaraq 5 mlrd. 632,3 mln. manata bərabər olub.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 1,5% artaraq 45,3% təşkil edib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 34,8%-i ərzaq məhsullarının, 10,5%-i içkilər və tütün məmulatlarının, 16,8%-i toxuculuq məhsulları, geyim, ayaqqabıların, 7,2%-i elektrik malları və mebelin, 3,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 1,8%-i əczaçılıq və tibbi malların, 5,9%-i avtomobil yanacağının, 19,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Yanvar-iyul ayları ərzində elektron qaydada pərakəndə ticarət şəbəkəsində 25,5 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,4%-i hüquqi şəxslərdən, 2,6%-i isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
12 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
12 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl