Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

1 trilyon dollar dəyərində təyyarələr alacaqlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
1 trilyon dollar dəyərində təyyarələr alacaqlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amerikanın aviasiya nəhəngi "Boeing" tərəfindən 2017 - 2036-cı illəri əhatə edən 64 səhifəlik bazar hesabatı dərc olunub.


 
"Marja" xəbər verir ki, Boeing-in təxminlərinə görə, gələcək 20 ildə Çinin hava yolu şirkətləri müxtəlif kateqoriyalarda 7 mindən çox təyyarə satın alacaqlar. Daxili xətlər və beynəlxalq uçuşlarda tələbatı ödəmək və donanmalarını böyütmək istəyən Çin şirkətlərinin bu alışlar üçün 1.1 trilyon dollar vəsait ödəyəcəyi proqnozlaşdırılır.

Reklam_3_11

 

Boeing-in hesabatına görə, Çində hər il 10 faiz, Hindistanda isə 20 faiz ətrafında artan bir hava yolu daşıması mövcuddur.


 
Mütəxəssislər bu artımda dünyanın ən böyük əhalisinə malik iki ölkənin milli gəlirlərinin və orta təbəqə əhalisinin çoxalmasını başlıca amil kimi göstərirlər.

 

2000 - 2016-ci illərdə Çin və Hindistandakı orta təbəqə kateqoriyasına mənsub əhali 70 faiz artımla 80 milyondan 135 milyona qalxıb.
 
 
 ABŞ-ı KEÇƏCƏKLƏR


 
Boeing-in proqnozlarına görə Çinin hava yolu şirkətləri gələcək 20 il içərisində 1670 ədədi geniş gövdəli olmaqla 7 240 ədəd sərnişin təyyarəsi satın alacaq. Bu say, ABŞ üçün verilən 6810 proqnozundan 6.3 faiz çoxdur. Dünya miqyasında yeni təyyarə tələblərinin 20%-i Çindən gəlir.


 
Boeing və Fransız rəqibi Airbus, dünyanın ən sürətli böyüyən aviasiya bazarında montaj zavodları açaraq bazar payında rəqabət aparırlar.

06.09.2017 12:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ