Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Azəri-Çıraq-Günəşli"nin müddəti 2050-ci ilə qədər uzadılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azəri-Çıraq-Günəşli"nin müddəti 2050-ci ilə qədər uzadılacaq

“Azəri-Çıraq-Günəşli" üzrə müqavilənin müddəti 2050-ci ilə qədər uzadılacaq.

 

Reklam_3_11

Bunu Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxışında deyib.

 

Dövlətimizin başçısı qeyd edib:

 

“Siz yəqin bilirsiniz ki, bir neçə gündən sonra "Azəri-Çıraq-Günəşli" yatağı üzrə yeni müqavilənin imzalanması nəzərdə tutulur. Biz o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var. Mən xatırlayıram, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalananda bəzi bizi istəməyən qüvvələr, həm ölkə daxilində, həm də xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, "Azəri-Çıraq-Günəşli"də neft azdır, heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, bu kəmər boş qalacaq. İndi biz 20 ildir ki, "Azəri-Çıraq-Günəşli"də neft-qaz hasil edirik. 1997-ci ildən hasilat başlamışdır və 20 ildən sonra yeni müqavilə imzalanır ki, 2050-ci ilə qədər "Azəri-Çıraq-Günəşli"dən neft lazımi səviyyədə hasil ediləcək".

 

İlham Əliyev vurğulayıb ki, bu, həm də o bədbin, qərəzli fikirlərə bir cavabdır: "Eyni zamanda onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var".

06.09.2017 12:57

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ