Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Cavid Qurbanovun tikinti şirkəti yoxdur ki, ev tikdirib hədiyyə etsin”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Cavid Qurbanovun tikinti şirkəti yoxdur ki, ev tikdirib hədiyyə etsin”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun bugünlərdə bir qrup jurnalistə Bakıda ev bağışlamasına dair məlumatlar yayılıb.
Bəzi KİV-lərin yaydığı xəbərdə iddia edilir ki, ADY sədri bu ilin iyul ayında mətbuat işçiləri üçün tikilmiş binadan mənzil ala bilməyən bir qrup jurnalisti mükafatlandırıb. O da qeyd edilir ki,  Cavid Quranovun mənzil bağışladığı jurnalistlər onunla eyni rayondan olanlardı.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumatı cəfəngiyyat adlandırıb.

 

“Cavid müəllim özü də yazılanlardan narahatdır. Onun dediyi kimi, jurnalistlərə mənzili cənab prezident bağışlayır. Cavid Qurbanovun tikinti şirkəti yoxdur ki, ev tikdirib hədiyyə etsin”.

 

Jurnalistlərin guya kəlbəcərli olmasına gəlincə, qurum rəsmisi bunları deyib:

 

“Mətbuatda kəlbəcərli jurnalistlərin sayı onlarladır. Onların hamısına necə mənzil hədiyyə etmək olar? Axı bu hansı məntiqə söykənir? Tamamilə yanlış məlumatlardır”.

 

© Modern.az

06.09.2017 14:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ