Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ağsu pambıqla dolu ilk lafet karvanını yola salıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ağsu pambıqla dolu ilk lafet karvanını yola salıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ağsu rayonunda bir neçə gündür ki, kütləvi pambıq yığımı kampaniyasına başlanılıb və sentyabrın 6-da ilk lafet karvanı məntəqələrə yola salınıb.

 

Rayon rəhbərlərinin, fermerlərin, torpaq mülkiyyətçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə 32 ədəd pambıq dolu lafet göndərilib. Bundan 22 -si Ucar MKT–yə, 10-u isə Ağsu Kənd Təsərrüfatı MMC-nin qəbul məntəqəsinə yola salınıb.

 

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Ucar MKT-nin direktoru Şaban Səmədov çıxış edərək bölgələrdən ənənəvi sahələrinin, o cümlədən strateji məhsul olan pambıqçılığın inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrlə bağlı qarşıda duran vəzifələrdən, bu sahəyə göstərilən dövlət dəstəyindən danışıblar.

 

İcra başçısı cari ildə rayonda 2500 hektarda pambıq yetişdirildiyini bildirib. Əkin sahələrinin 1610 hektarı Ucar MKT, 890 hektarı isə Ağsu Kənd Təsərrüfatı MMC-yə təhvil veriləcək. Bununla bağlı müvafiq olaraq 100 və 60 nəfərlə müqavilə bağlanılıb. Rayonun Ərəbmehdibəy, Bozavand, Rəhimli, Kəndoba, Çaparlı və bir sıra digər ərazi vahidlərində daha çox “Ağ qızıl” yetişdirilib.

 

Qeyd edək ki, məhsul yığımına 650 nəfərədək rayon sakini cəlb olunub. Bir neçə gündə 130 ton pambıq yığılıb. Məhsul yığımı kampaniyası sürətlə davam edir.

 

Şəhərin M.Rəsulzadə küçəsindən yola salınan lafet karvanı rayon musiqiçilərinin ifasında şən mahnı sədaları ilə müşayiət olunub.

 

© Azərtac

06.09.2017 15:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ