Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Trump və Demokratlar borc limitində razılaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trump və Demokratlar borc limitində razılaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Trump və Demokratların ölkənin borc limitini qaldırmaq üçün razılığa gəldiyi bildirilir.


 
"Marja" xəbər verir ki, ABŞ-da federal qurumlar 1 Oktyabrdan etibarən maliyyə çatışmazlığı səbəbindən bağlanma təhlükəsi ilə qarşılaşmışdı. Prezident Trump öz partiyasından Respublikaçı liderlərin tövsiyələrini qulaqardına vuraraq Demokrat liderlərlə ABŞ-ın borc limitini artırmaq üçün razılaşıb.

Reklam_3_11


 
Trump, mətbuat nümayəndələrinə verdiyi açıqlamada, Demokrat və Respublikaçı liderlərlə yaxşı bir görüş keçirdiyini qeyd edərək, "Razılığa gəldik və yaxşı bir anlaşma olduğuna inanıram" ifadəsini istifadə edib.


 
Ağ Ev mənbələri, Respublikaçıların borc limitini 18 ay müddətinə ucaltmaq istədiklərini, Demokratların həmin məhdudiyyəti 3 ay müddətinə artırmaqda israr etdiyini və Trumpın bunu qəbul etdiyini bildiriblər.


 
Beləliklə, ABŞ federal hökumətinin dekabrın ortasına qədər fəaliyyət göstərməsi təmin edilib.


 
Federal maliyyə ili 1 Oktyabrda başlayıb 30 Sentyabrda sona çatan ABŞ-da, federal hökumət sonuncu dəfə 2013-ci ildə olmaqla bu günə qədər cəmi 12 dəfə bağlanmaq məcburiyyətində qalıb.


 
 ABŞ-ın dövlət borcu isə 19,98 trilyon dollar səviyyəsindədir.

07.09.2017 05:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ