Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dünyaca məşhur oyuncaq nəhəngi iflasın astanasında

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyaca məşhur oyuncaq nəhəngi iflasın astanasında
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amerikan oyuncaq nəhəngi Toys"R"Us borcları səbəbindən iflas etmək ehtimallarının yüksək olduğunu bildirib.
 

"Marja" xəbər verir ki, borclarını vaxtında ödəməyən Toys"R"Us, yüz milyonlarla borclarını restrukturizasiya etmək və iflasa qarşı tədbir görmək üçün bir hüquq firmasına müraciət edib.


 
Şirkətin 400 milyon dollar borcu var. Ümumi borcun Dekabr ayının sonuna qədər ödənməsi lazımdır.


 
Toys"R"Us, istehlakçıların vərdişlərinin dəyişdiyi bir dövrdə, rəqəmsal marketinqdə geri qaldıqlarını qəbul edib. Son üç ildə rəqəmsal marketinq sektorunda yer tutmaq üçün 100 milyon dollarlıq sərmayə qoymalarına və veb saytlarının yenilənməsinə baxmayaraq istədikləri gəliri əldə edə bilməyiblər.

 

Xəbər verdiyimiz kimi, Danimarkanın oyuncaq istehsalçısı Lego-nun da ilk dəfə satışlarında azalma baş verib. İlk altı aylıq nəticələrə görə, şirkətin gəlirləri 5 faiz azalıb, xüsusən ABŞ və Avropa bazarındakı geriləmə diqqəti çəkir. Lego 1400 nəfərin işdən çıxarılacağını açıqlayıb.

07.09.2017 06:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ