Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İlham Əliyev Avropa bankının prezidentini qəbul edib- YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
 İlham Əliyev Avropa bankının prezidentini qəbul edib- YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Reklam_3_11

Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə mütəmadi olaraq ölkəmizdə və Davosda keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq Suma Çakrabartinin Azərbaycana müntəzəm səfərlərinin əhəmiyyətini vurğuladı, bu səfərlərin həyata keçirilən işlər və gələcək planlarla bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığının səviyyəsinin məmnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə kredit portfelinin həcminin 3 milyard dollara yaxın olduğunu vurğulayaraq onun böyük hissəsinin özəl sektora yönləndirilməsinin razılıq doğurduğunu dedi və bunun iqtisadiyyatımızın özəl sektorunun genişlənməsinin yaxşı göstəricisi olduğunu bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, həmçinin iqtisadiyyata olan etimadın artmasını nümayiş etdirir və əlavə maliyyə vəsaiti hesabına sahibkarlığa dəstək verməyə kömək edir.

 

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlığımızın uğurlu olacağına ümid etdiyini bildirən dövlətimizin başçısı hazırda qarşıda digər planların və çağırışların olduğunu dedi. Azərbaycanda infrastruktur layihələrinin əksəriyyətinin artıq yekunlaşdırıldığını və ya tamamlanma mərhələsində olduğunu deyən Prezident İlham Əliyev qarşımızda duran yeni iqtisadi inkişaf proqramının əsas məqsədinin ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektora dəstək vermək olduğunu bildirdi, bu istiqamətdə böyük imkanların mövcudluğunu qeyd etdi. Prezident İlham Əliyev nəqliyyat, yeni logistik mərkəzlərin yaradılması ilə bağlı planların həyata keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğuladı.

 

Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin ölkəmizə səfərinin görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün imkan yaratdığını dedi.

 

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti Prezident İlham Əliyevlə əvvəlki görüşlərini xatırlayaraq həmin görüşlər zamanı əməkdaşlığımızla bağlı səmərəli müzakirələrin aparıldığını vurğuladı və bu səfəri zamanı da əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müəyyən ediləcəyinə əminliyini ifadə etdi.

 

Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirakı, Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı, özəl sektora dəstək və məişət tullantılarının idarə olunması sahələrində əməkdaşlıq imkanları müzakirə edildi.

 

07.09.2017 11:25

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ