Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bankların faiz gəlirləri azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların faiz gəlirləri azalır

Bankların kreditlərdən faiz gəlirləri azalır.

 

Reklam_3_11

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, banklar İyul ayında 2017-ci ilin ən az aylıq faiz gəlirini əldə ediblər. İyulda 31 bankın kreditlərdən faiz gəlirləri 100 milyon manatdan da aşağı olub.

 

Belə ki, bankların faiz gəliri 30 Yanvar 2017-də 130.9 milyon manat, 28 Fevral 2017-də 258.6 milyon manat (+127,7 milyon manat), 31 Mart 2017-də 382.8 milyon manat (+124,2 milyon manat), 30 Aprel 2017-də 504.4 milyon manat (+122.2 milyon manat), 31 May 2017-də 623.8 milyon manat (+119,4 milyon manat), 30 İyun 2017-də 749.8 milyon manat (+126 milyon manat), 31 İyul 2017-də 845.5 milyon manat (+95,7 milyon manat) təşkil edib.

 

Faiz gəlirlərinin azalması müştərilərə verilən kreditlərin azalması ilə bağlıdır.

 

31 İyul 2017-ci il tarixində bankların müştərilərə verdikləri kreditlər 12 milyard 393 milyon manat təşkil edib. 30 İyun 2017-ci il tarixində müştərilərə verilmiş kreditlər 13 milyard 462 milyon manat idi. Beləliklə, iyulda müştərilərə verilmiş kreditlər 1 milyard 69 milyon manat azalıb.

 

İyunda müştərilərə verilmiş kreditlər 916,6 milyon manat azalaraq 14 milyard 378.6 milyon manatdan 13 milyard 462 milyon manata geriləmişdi. 

 

Müştərilərə verilmiş kreditlər 2016-cı ilin sonunda 15 milyard 938 milyon manat, cari il Yanvarın sonunda 16 milyard 206.6 milyon manat,  Martın sonunda 15 milyon 53.1 milyon manat, Aprelin sonunda isə 15 milyard  34 milyon manat təşkil etmişdi.

 

İlin əvvəlindən bəri müştərilərə verilmiş kreditlər 3 milyard 545 milyon manat azalıb.

 

Palata bildirmişdi ki, May ayı ərzində kredit portfelinin azalmasının böyük hissəsi Azərbaycan Beynəlxalq Bankının toksit aktivlərinin Aqrarkredit QSC-ə ötürülməsi ilə bağlıdır.


 
Kreditlərə təlabat azaldığından bankların gəlirləri geriləyir. Əksər banklar gəlir formalaşdırmaqda çətinlik çəkdiklərindən qarşıdakı dövrlərdə zərər edə və buna görə kapitallarının bir hissəsini itirə bilərlər.

07.09.2017 12:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ