Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir keçiriləcək

18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir - 23-cü Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisi öz işinə başlayacaq və beləliklə də, Xəzər İnşaat Həftəsinə start verəcəkdir.

 

Reklam_3_11

Müxtəlif ölkələri təmsil edən mütəxəssislərin uzun müddət səbirsizliklə gözlədikləri “WorldBuild Baku” sərgisi tikinti və memarlıq, eləcə də layihələndirmə və təmir işləri sahəsində təşkil olunan mühüm peşəkar tədbirdir.

 

“WorldBuild Baku” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.

 

Bu il sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaqlar. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisində ilk dəfə iştirak edən debütantlar ilə yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər. “WorldBuild Baku 2017” sərgisinin qeydiyyat sponsoru “Corella” markasıdır (“NB Group” şirkəti).

 

Bu il “WorldBuild Baku” sərgisi iştirakçılar ilə yerli distribyutorlar arasında keçiriləcək “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənəcək. Həmçinin sərgi çərçivəsində (Azərbaycan Memarlar İttifaqı ilə birlikdə) bir sıra peşəkar tədbirlərin keçirilməsi də planlaşdırılır.

 

“WorldBuild Baku” sərgisi innovasiyalı məhsul və xidmətlərin yerli tikinti bazarına cəlb olunması üçün ən effektiv və səmərəli kanallardan biridir. Bu baxımdan, 2017-ci il də istisna olmayacaq, belə ki, “WorldBuild Baku 2017” sərgisində fasad örtükləri, tikinti və üzlük materialları, qapı və pəncərələr, lak-boya məhsulları, inşaat kimyası və digər tikinti materiallarının bütün çeşidləri təqdim olunacaqdır.

 

Beləliklə, sərginin keçirildiyi 4 gün ərzində on minlərlə peşəkar tikinti sənayesi üzrə innovasiyalar ilə tanış olmaqla yanaşı, aparıcı istehsalçı və distribütorlar ilə əlaqə yaratmaq və ən yeni texnologiyaları Azərbaycanın sürətlə inkişaf edən tikinti sənayesinə tətbiq etmək üçün unikal imkan əldə edəcəklər.

08.09.2017 06:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ