Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İndiki qiymətlərlə ən azı 12-13 milyon qazanc əldə edəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
İndiki qiymətlərlə ən azı 12-13 milyon qazanc əldə edəcəklər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son 3-4 il ərzində Qax rayonda mövcud fındıq bağlarının sahəsi 2 min 800 hektar genişləndirilərək 6 min 800 hektara çatdırılıb. Bu bağların 5 min hektarı barverəndir. Ötən il rayonun fındıq bağlarından 3 min 152 ton məhsul götürülüb.

 

Rayonun fındıq bağlarında artıq məhsul yığımına başlanılıb. Bu il 5 min tona yaxın məhsul gözlənilir. Hazırda fındığın bir kiloqramının satış qiyməti 2,5 manat ətrafında dəyişir. Qiymətlərin artacağı da istisna olunmur. İndiki qiymətlərlə bu il kənd əhalisinin fındıq satışından ən azı 12-13 milyon manat qazanc əldə edəcəkləri gözlənilir. Bu isə kənd əhalisinin yaşayış şəraitinin, sosial rifahının daha da yaxşılaşmasına səbəb olacaq.

 

Rayonun Marsan kənd sakini Altay Əliyev müsahibəsində kənd əhalisinin ailə büdcəsinin formalaşmasında fındıqçılığın böyük rol oynadığını bildirib. Kənd sakini deyib: “Hazırda ailəmizin 3,5 hektar fındıq bağı var. Bağda olan fındıq ağaclarının sayı 480-ə yaxındır. Keçən il fındıq bağından 3 ton məhsul götürdük. Bu il məhsuldarlıq daha yüksəkdir. Ümid edirik ki, bu il bağdan 4 tona yaxın fındıq əldə edəcəyik”.

 

Fındıqçılığın çox gəlirli sahə olduğunu vurğulayan kənd sakini Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan ruhlanaraq bu ilin yazında kənddə özünə məxsus torpaq sahəsində daha 120 ədəd fındıq kolu əkdiyini diqqətə çatdırıb.

 

© Azərtac

08.09.2017 06:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ