Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dollar Avro qarşısında 32 ayın ən aşağı səviyyəsində

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar Avro qarşısında 32 ayın ən aşağı səviyyəsində

Dünən Avropa Mərkəzi Bankı Avro Bölgəsinə dair son iqtisadi proqnozlarını açıqladı. Belə ki, 2017-ci ilə dair iqtisadi inkişaf ehtimalı 1.9%-dən  2.2%-ə qaldırılıb, 2018 və 2019 təxminləri dəyişdirilməyib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, iqtisadi inkişafın sürətlənəcəyi xəbəri ilə Avro bahalaşır. Dünən 1.2059 səviyyəsini görən Avro/Dollar məzənnəsi bu gün 1.2085 səviyyəsinə çıxıb. Bu 2015-ci ilin Yanvar ayından bəri ən yüksək səviyyədir (təxminən 32 ayın ən yüksək səviyyəsi). 

 

Digər bir məlumata görə, ABŞ-da işsizlik müavinəti müraciətləri  2012-ci ildən bu yana ən sürətli artıb və bu da dolların ucuzlaşmasına səbəb olub. Müavinət almaq istəyənlərin sayının artması işsizliyin artdığına işarədir.

 

İqtisadiyyatın 2017-nin ilk yarısında gözlənildiyindən daha artıq sağaldığını dilə gətirən AMB Sədri Mario Draghi, inflyasiyanın gec-tez bankın qiymət sabitliyi ( 2% inflyasiya) hədəfinə çatacağını bildirib. 

 

Draghi pul siyasətinə dair qərarların Oktyabr ayında veriləcəyini bildirib. Bazarlar Avropa Mərkəzi Bankının "ucuz pul" dövrünü başa çatdıracağını gözləyir. Bu səbəbdən də Avro bahalaşır.

08.09.2017 07:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ