Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Avropa Birliyini tərk edirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Avropa Birliyini tərk edirik"

İngiltərənin baş naziri Tereza Mey (Theresa May), ölkəsinin Avropa Birliyindən (AB) çıxacağını (Brexit) və özünün də AB üzvlüyünün bəzi hissələrini mühafizə etməyi düşünmədiyini söyləyib.


 
Yeni ildəki ilk canlı müsahibəni "Sky News" telekanalına verən May, İngiltərənin "Avropadan deyil, Avropa Birliyindən çıxmaqda olduğunu" deyib.


 
 "Öz sərhədlərimizi və qanunlarımıza nəzarət edə biləcəyik. Artıq AB-nin üzvü olmayacağıq",- o deyib.

 

 
 AB ilə azad ticarət qarşılığında sərbəst hərəkətin verilməsi yanaşmasını səhv hesab etdiyini deyən Mey, İngiltərənin AB ilə münasibətlərini yenidən təşkil edəcəyini bildirib. Brexit müzakirələrində İngiltərə üçün ən yaxşı şərtlər əldə etməyə qərarlı olduğunu vurğulayan Mey, bunun AB-nin də xeyrinə olacağını müdafiə etdi.


 
 İngiltərə hökuməti martın sonunda başlamağı nəzərdə tutduğu Brexit müzakirələri ilə bağlı hələ ətraflı şərh açıqlamamışdır, ancaq ictimaiyyətində "yumşaq" və "sərt" olmaq üzrə iki variant müzakirə edilir.


 
Brexit-in birgə bazar və gömrük birliyi, o cümlədən AB-nin bütün qurumlarından çıxmaqla başa çatmasını istəyən "sərt" dairələrin qarşısında, ümumi bazarla əlaqənin davam etməsi əvəzində AB ilə arada müəyyən dərəcədə bir sərbəst hərəkətin qüvvədə qalmasına icazə verilməsini istəyən "yumşaq Brexit-çiler" var.

08.01.2017 18:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ