SOCAR İstiqrazının sahibləri ilk gəlirlərini əldə edəcəklər
Yanvarın 17-də SOCAR istiqrazları üzrə ilk faiz ödənişi həyata keçiriləcək və faiz ödənişləri istiqraz sahiblərinin bank hesablarına köçürüləcəkdir.
“Marja” xəbər verir ki, bu barədə istiqrazın rəsmi Facebook səhifəsində məlumat verilib.
2016-cı ilin Sentyabr ayının 20-dən ön sifariş toplanmasına başlanan SOCAR İstiqrazlarının (5 il müddətli, 3 aydan bir faiz ödənişli, 100 milyon ABŞ dolları məbləğində buraxılıb) sifariş toplanma prosesi oktyabrın 10-da uğurla tamamlanmışdı. ASAN xidmət, Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank, Xalq Bank, Kapital Bank, Rabitə Bank, AzFinance, İnvestAz, Paşa Kapital və anderrayterliyi öhdəsinə götürən PSG Kapital-ın işbirliyi ilə toplanmış ön sifarişlərin yekun sifariş halına gəlməsindən sonra bölüşdürülməsi prosesi 12 oktyabrda, yerləşdirilməsi isə 13 oktyabrda gerçəkləşdirilmişdi. 14 oktyabrada Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiqləməsindən sonra 17 oktyabrda İkinci Bazar əməliyyatlarına başlanmışdır.
2021-ci ilədək dövriyyədə olacaq SOCAR istiqrazları likviddir - yəni istənilən vaxt rahatlıqla alınıb-satıla bilər. SOCAR hər zaman öz istiqrazlarını nominal dəyəri olan 1000 ABŞ dollarından almaq zəmanəti verir.
Hazırda SOCAR İstiqrazlarını təkrar bazardan almaq olar. Bunun üçün Maliyyə Palatasının lisenziya verdiyi bütün investisiya şərkətlərinə (“AzFinance Invest”, “InvestAZ”, “PAŞA Kapital”, “PSG- Kapital”,“ Unicapital”, “Kapital Menecment”) və yaxud 1 və 5 saylı ASAN xidmət mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərinə müraciət etmək lazımdır.
SOCAR İstiqraz buraxılışının başlıca səbəbi Azərbaycan Respublikası vətəndaşlarının SOCAR qrupuna daxil olan şirkətlərin mənfəətlərindən birbaşa pay ala bilməsi, eyni zamanda, yeni alternativ investisiya imkanları ortaya çıxarmaqla, aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl