Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qoçaq bank işçisi - tapşırığa 147,58% əməl etdi, bank birinci oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qoçaq bank işçisi -  tapşırığa 147,58% əməl etdi, bank birinci oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Zolotaya Korona” təcili pul köçürmə sistemi tərəfindən banklar arasında keçirilən, mart ayının 15-dən avqust ayının 31-ə qədər davam edən yarışmada AtaBank qalib gəlib.

 

Hazırda Zolotaya Korona AtaBank müştərilərinin ən sevimli pul köçürmə sistemlərindən biridir.

 

"AtaBank"dan "Marja"ya daxil olmuş məlumata görə, 24 həftə davam etmiş yarışma ərzində AtaBank "Zolotaya Korona" tərəfindən qoyulan hədəfə 147,58% əməl edib.

 

Yarışmada birinci yeri qazanan AtaBank-ın əməkdaşı, Zolotaya Korona tərəfindən hədiyyə olaraq təqdim edilən, “Avropanın balaca Havaisi” adlandırılan, dünyanın ən gözəl guşələrindən birinə səyahət imkanı əldə edəcək.

 

Qeyd edək ki, pul köçürmə xidmətlərini AtaBank-ın 31 filial və şöbəsində həyata keçirmək mümkündür. Bank Western Union, Xəzri, Zolotaya Korona, Contact, Blizko və LİDER sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

 

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 % yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Göstəricilərinə görə Azərbaycanın lider banklarından biridir. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəni, 81 ATM və 18,000 POS-terminalı əhatə edən xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir və korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

11.09.2017 13:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ