Azərbaycanın sığorta şirkətləri kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə zərər ediblər.
“Marja” xəbər verir ki, 2017-ci ilin 7 ayı ərzində sığorta şirkətləri tərəfindən kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə 1 milyon 341 min manat sığorta haqları toplanıb. Lakin baş vermiş hadisələr şirkətləri zərərə salıb. Şirkətlər 7 ay ərzində yığımdan çox – 1 milyon 405 min manatlıq ödəniş ediblər.
Kənd təsərrüfatı heyvanlarının sığortasında isə vəziyyət yaxşıdır. Şirkətlər 1 milyon 961 min manatlıq sığorta haqlarına qarşı 31,7 min manat sığorta ödənişi həyata keçiriblər.
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında daha çox “Azərbaycan Sənaye Sığorta” ASC-nin zərər etdiyi bildirilir. Bu şirkət yanvar-iyul ayları ərzində 3 milyon 791 min manat sığorta haqları toplayıb, 2 milyon 466 min manat sığorta ödənişi həyata keçirib.
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası |
1 341 350,01 |
1 405 365,96 |
kənd təsərrüfatı heyvanlarının sığortası |
1 960 795,32 |
31 753,37 |