Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan pambıqçılığında ilk!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan pambıqçılığında ilk!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ozonlaşdırılmış pambıq sahələrinin hər hektarından 35-40 sentner məhsul götürmək mümkündür


 

Reklam_3_11

 

Azərbaycanda ilk dəfə olaraq Salyan rayonunda pambıqçılıqda ozonlaşdırma texnologiyası tətbiq edilib.

 

AZƏRTAC xəbər verir ki, son illər dövlət tərəfindən aqrar sahəyə, xüsusilə pambıqçılığın inkişafına xüsusi qayğı göstərilir. Bunun nəticəsidir ki, Salyanda pambıq sahələri genişləndirilərək 7 min hektara çatdırılıb. Gələcəkdə rayonda pambıq sahələrinin daha da artırılması nəzərdə tutulub. Bu baxımdan pambıqçılıqda yüksək texnologiyaların tətbiqi olduqca zəruridir. Mütəxəssislərin fikrincə, yeni texnologiyalar olmasa yüksək məhsuldarlıqdan söhbət belə gedə bilməz. Odur ki, Milli Aviasiya Akademiyası və AMEA Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun birgə təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Salyanda Regional Mərkəzin təcrübə təsərrüfatında ozonlaşdırma texnologiyası tətbiq edilib.

 

Salyan Regional Aqrar Elm İnformasiya Məsləhət Mərkəzinin direktoru Sədrəddin İbrahimov müsahibəsində deyib ki, ozonlaşma nəticəsində toxum həm zərərvericilərə qarşı davamlı olur, rüşeymin inkişafı tezləşir, cücərmə qabiliyyəti yüksəlir, həm də məhsuldarlıq və keyfiyyət daha da artır.

 

Bitki Mühafizəsi və Elmi-Tədqiqat İnstitutunun texniki bitkilərin seleksiyası şöbəsinin müdiri Ələddin Tağıyevin sözlərinə görə, artıq ozonlaşdırılmış pambıq sahələrinə baxış keçirilib və hər hektardan 35-40 sentner məhsul gözlənilir.

 

Hazırda alimlər tərəfindən rayonda pambıqçılıqda ozonlaşdırma texnologiyasının tətbiqi ilə bağlı fermerlərlə görüşlər təşkil edilir, onlar arasında maarifləndirmə işləri aparılır.

 

© Azərtac

12.09.2017 10:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ